AZ

Bu dərmanlar intihar riskini artırır - ARAŞDIRMA

Arıqladan diabet dərmanı Ozempic və aktiv tərkib hissəsi olan semaqlutidə əsaslanan digər dərmanlar qəbul edən insanlarda intihar düşüncələri 45% daha çox olur.
 

Sfera.az xəbər verir ki, beynəlxalq alimlər qrupu bu qənaətə gəlib.
 

"JAMA Network Open" jurnalında dərc olunan məqalədə deyilib ki, intihar meylləri xüsusilə şəkərli diabet və ya piylənmədən əziyyət çəkən, antidepresan qəbul edən xəstələrdə özünü göstərir.
 

“Biz ÜST-nin semaqlutidlə əlaqəli təsirlər haqqında məlumat bazasını təhlil edərkən gördük ki, semaqlutiddən istifadə intihara meyllilik və özünə zərər vermə düşüncələrinin artmasına səbəb olur”,- deyə tədqiqatçılar bildiriblər.
 

Tədqiqatda bir qrup ÜST eksperti, İsveçrə, ABŞ və İtaliyadan olan tədqiqatçılar iştirak ediblər. Layihəyə Nyu Yorkdakı Zucker Hillside Psixiatriya Klinikasının tədqiqatçısı Georgios Şoretsanitis rəhbərlik edib.
 

Xatırladaq ki, 2023-cü ilin sentyabrında ABŞ istehsalçıları Ozempic aktiv maddəsinin tərkibində bakteriyalar aşkar ediblər. Dərman istehsal edən şirkət ilin birinci yarısında üç dəfə semaqlutid partiyalarına baxış keçirib, onların bir neçə mikroorqanizm ştammı ilə çirkləndiyi məlum olub.

İnci
Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
28
sfera.az

10Mənbələr