AZ

NATO bu ölkəyə daxil olur

NATO-ya üzv ölkələr öz qoşunlarını Finlandiya ərazisində yerləşdirmək imkanını müzakirə edirlər .

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin rəhbəri Antti Hakkänen bildirib.

Nazir danışıqların xüsusilə Norveç və İsveçin hərbi hissələrinin Laplandiyaya göndərilməsi ilə bağlı olduğunu deyib.

“Biz bu danışıqları açıq şəkildə şərh etmirik. Biz danışıqlar aparırıq ki, hansı ölkələr Finlandiyanın təhlükəsizliyini təmin etmək üçün müəyyən bölmələr verə bilər”, - deyə müdafiə naziri bildirib.

Onun sözlərinə görə, bu planlar yalnız razılaşmalar əldə edildikdən sonra həyata keçirilə bilər.


Müəllif: Arzu
Seçilən
158
37
teleqraf.com

10Mənbələr