AZ

Türkiyə mətbuatı, 22 avqust 2024

 

“Hürriyet”: Nazir Fidan Blinkenlə danışdı

  Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında 19 avqustda telefon danışığı olub. ABŞ tərəfinin təşəbbüsü ilə olan söhbət zamanı Həmas və İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyət və bölgədəki hadisələr müzakirə edilib.

“Sabah”: Şimali İraq və Suriyada aşkarlanan 8 terrorçu zərərsizləşdirilib

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada İraqın şimalındakı Hakurkda 7 PKK, Suriyanın şimalında isə “Zeytun budağı” bölgəsində müəyyən edilən 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

“Vatan”: Şimşək “Məqsədimiz qlobal birbaşa investisiyalardan aldığımız payı 2028-ci ildə 1,5-ə çatdırmaqdır” dedi

  Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşək məlumat verərək bildirib: “2003-cü ildən əvvəl 0,2 faiz olan qlobal birbaşa investisiyalardan aldığımız pay 2003-2023-cü illərdə 0,9-a yüksəlib. Beynəlxalq Birbaşa İnvestisiya Strategiyamızda məqsədimiz bu faizi 2028-ci ilə qədər 1,5-ə çatdırmaqdır.

“Star”: İki ölkənin hava məkanında Türkiyə qalxanı

  Malayziya və İndoneziyaya PUA və raket ixrac edən Türkiyənin uğurları ABŞ mətbuatının gündəliyindədir. Amerika mətbuatı bildirib ki, çoxsaylı layihələrin davam etdiyini nəzərə alsaq, onilliyin sonuna qədər İndoneziya və Malayziya silahlı qüvvələrinin öz hava məkanını və ərazi sularını izləmək və qorumaq üçün Türkiyə istehsalı olan müxtəlif sistemləri yerləşdirəcəyi aydındır.

“Haber Türk”: Türkiyənin qızılbalıq ixracatında artım

  2024-cü ilin yanvar-iyul ayları dövründə Türkiyənin Şərqi Qara dəniz bölgəsindən Türkiyə qızılbalığı – somon ixracatı gəliri keçən ilin eyni vaxtı ilə müqayisədə 3 faiz artaraq 94 milyona çatıb. Ən çox ixrac edilən üç ölkə Rusiya, Belarus və Vyetnam olub.



Seçilən
145
21
trt.net.tr

10Mənbələr