AZ

Türkiyə mətbuatı, 16 sentyabr 2024

 

“Vatan”: “Ürək səfiri” layihəsi Nyu Yorkda təqdim olunacaq

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın dəstəyilə həyata keçirilən “Ürək səfiri” layihəsi Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində keçiriləcək tədbirdə beynəlxalq cəmiyyətə təqdim ediləcək. Tədbirdə həmçinin Türkiyənin qoruyucu ailə xidməti modeli də danışılacaq.

“Sabah”: Türkiyə enerjinin mərkəzi olacaq

  Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Türkiyə İraqla həyata keçirdiyi “İnkişaf yolu” layihəsilə təbii qaz kəşfiyyatında dünyanın ən müasir donanmalarından biri və qlobal enerji mərkəzi yolundadır” deyib.

“Hürriyet”: İnvestisiya fondlarından Türkiyəyə yaxın marketinq

  Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ehtiyatlarının yaxşılaşması, cari əməliyyatlar kəsiri və inflyasiya gözləntilərinin azalması kimi proseslər Türkiyəni xarici investorların radarına salıb.

“Yeni Şafak”: Türkiyəni “Polad günbəz” qoruyacaq

  “Roketsan”ın Baş direktoru Murat İkin “Polad günbəz”in bütün Türkiyəni havadan hücumlara qarşı qoruyacaq bir sistem olduğunu bildirib. Layihə Türkiyə hava məkanını əhatə edən təhlükəsizlik çətirini quracaq.

“Star”: Ersin Tatar “Qıbrız davasından geri çəkilmək yoxdur” dedi

  Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Qıbrız məsələsində izlədikləri iki dövlətli həll siyasətinin doğru və haqlı olduğunu, bu səbəbdən geri addım atmağın mümkün olmadığını vurğulayıb.



Seçilən
123
21
trt.net.tr

10Mənbələr