AZ

Kriştianunun Corcina ilə evləndiyi üzə çıxdı

Kriştianunun Corcina ilə evləndiyi üzə çıxdı

Dünya şöhrətli futbolçu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigezlə bağlı açıqlaması gündəm olub.

OLAY yazır ki, buna səbəb idmançının sonuncu müsahibəsində sevgilisini onun həyat yoldaşı olduğu deməsi olub.

Lakin nə Ronaldo, nə də ki Rodrigez sözügedən açıqlama ilə bağlı heç bir şərh verməyiblər.

"YouTube"da yayımlanan yeni videoda futbolçu sevimli həyat yoldaşına zəng edib və üstəlik, Corcina əlindəki üzüyü belə gizlətməyib. Beləcə, Kriştianu Ronaldonun Corcina Rodriqeslə gizli şəkildə evlənməsi öz təsdiqini tapıb.

Qeyd edək ki, idman ulduzunun beş övladı var və onlardan yalnız ikisi Corcinadandır - 6 yaşlı Alana Martina və qardaşını itirən 2 yaşlı Bella Esmeralda. Ronaldonun ən böyük varisi, 13 yaşlı Kriştianu Cuniordur. Futbolçu onun anasının kimliyini gizlədir. Amma əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər. Buna baxmayaraq, Corcina sevgilisinin bütün varislərini özününkü hesab edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
sonxeber.az

8Mənbələr