AZ

Gəzintinin 11 faydası

Gəzinti bədən üçün olduqca faydalıdır. Araşdırmalara görə, hətta 11 dəqiqəlik gəzinti vaxtından əvvəl ölümdən və bir sıra xroniki xəstəliklərdən qoruya bilər.

"Unikal" gəzintinin faydalarını təqdim edir:

Yaradıcılığı artırır:
Gəzinti yaradıcı təfəkkürün inkişaf etdirir.Problemlərin həlli yollarını tapmağa kömək edir.Zehinliliyi və aydın düşüncənin formalaşmasına yardımçı olur.Tədqiqatlar, rəqs və ya velosiped sürmə kimi hər hansı bir hərəkət növünün yaradıcılığı artırmaq üçün faydalarının olduğunu sübut etmişdir.

Kalorini yandırır:
11 dəqiqə gəzinti etmək arıqlamağa kömək edir. O, kalorini asanlıqla yandırmağa yardımçı olur.

Ürək sağlamlığını yaxşılaşdırır:
Düzgün bir fitness rejimi qura bilmirsinizsə, gündə 11 dəqiqə gəzmək belə faydalı ola bilər. Araşdırmalara görə, gündə 10 dəqiqə sürətli gəzintinin sağlamlıq üçün bir çox faydası var. Gəzinti qan dövranını artırmağa kömək edir, bu da orqanlara və ürəyə daha çox oksigen və qida çatmasını təmin edir. Ürək xəstəlikləri riskini azaldır.

Stressi idarə edir:
Gəzinti sinir sistemini sakitləşdirir və əhval-ruhiyyəni artıran endorfinləri ifraz edir ki, bu da stressi aradan qaldırmağa və stressdən yayınmağa kömək edir

Əhval-ruhiyyəni yaxşılaşdırır:
Gəzinti əhval-ruhiyyəni yaxşılaşdırır, nəfəs almanı tənzimləyir, stresli vəziyyətlərdən yayındırır və təbiətlə ünsiyyətdə olmağa kömək edir.

Oynaq ağrılarını azaldır:
Gəzinti artritin idarə edilməsində faydalı ola bilər, çünki o, əzələləri gücləndirir, oynaqlara təzyiqi və ağrıları azaltmağa kömək edir. Gündəlik 11 dəqiqəlik gəzinti dizlərinizdəki qığırdaqları sıxaraq sərbəst buraxır. Bu da oksigeni təmin edən və oynaqlarınızı qidalandıran sinovial mayenin dövriyyəsinə kömək edir.

Yağ yandırır:
Gündəlik gəzinti yağları yandırmağa kömək edir.

Şəkərli diabet riskini azaldır:
Gəzinti 2-ci tip diabet riskini azaltmağa kömək edə bilər. Araşdırmalara görə, saatda 4 km və ya daha çox sürətlə piyada getmək 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə azaldır. 

Yuxunu tənzimləyir:
Gəzinti yuxu keyfiyyətini, depressiv simptomları, yuxu səmərəliliyini yaxşılaşdırır, yuxu keyfiyyətini artırır.

Beyin sağlamlığını yaxşılaşdırır:
Gəzinti yeni beyin hüceyrələri əmələ gətirir, çünki gəzmək beyindən alınan neyrotrofik amil və ya BDNF adlı proteinin ifrazını stimullaşdırır.

Həzm sağlamlığını tənzimləyir:
Yeməkdən sonra 11 dəqiqə gəzinti qan şəkərinin səviyyəsini tənzimləyə və həzmi yaxşılaşdıra bilər. O, həmçinin turşuluğu və şişkinliyi aradan qaldırmağa kömək edir.

Zərifə Nağıyeva

Seçilən
223
12
unikal.az

10Mənbələr