AZ

İtaliyanın SWG SPA şirkəti seçkiöncəsi respondentlər arasında sorğu keçirib

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində exit-poll keçirmək üçün Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkəti 15 iyul - 15 avqust tarixlərində seçkiöncəsi bağlı yerli respondentlər arasında sorğu keçirib.

“İki sahil” xəbər verir ki, sorğu 119 seçki dairəsinin 952 məntəqəsində aparılıb.

SWG SPA şirkətinin nümayəndəsi Solene Le Moing bildirilib ki, şirkətin mütəxəssisləri tərəfindən hazırlanmış sorğu “face-to-face” (üzbəüz) üsulu ilə aparılıb.

"Bu sorğu digər Avropa ölkələrində keçirilən sorğu metodologiyası əsasında keçirilib. Seçilən əhali nümunəsi Azərbaycanda seçkidə qeydə alınmış insanlar arasında keçirilib. Bütün rayonları və kəndləri əhatə edən sorğuda üç dəfə yenilənmiş məlumat təqdim olunub və şəffaflığı və prosesin düzgünlüyünü yoxlamaq üçün dörd dəfə ara verilib", - şirkətin nümayəndəsi qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
ikisahil.az

2Mənbələr