AZ

İtaliya şirkəti Azərbaycanda parlament seçkiləri ilə bağlı keçirdiyi sorğu nəticələrini açıqladı

İtaliya
İtaliyanın SWG SPA şirkəti seçkiöncəsi bağlı yerli respondentlər arasında keçirdiyi sorğuya əsasən, əhalinin 81%-i parlament seçkiləri ilə bağlı maraqlandıqlarını deyiblər. 1news.az-ın"Seçki-2024" Müstəqil Media Mərkəzinə istinadən məlumatına görə, nəticələrlə bağlı mətbuat konfransında respondentlərin 21%-nin parlament seçkiləri ilə çox maraqlandığını, 13% o qədər də maraq göstərmədiyini, 5% maraqlı olmadığını, 1% isə bilmirəm dediyini bildiriblər.
Respondentlərin 57%-i seçkidə iştirak edəcəyini, 27%-i çox gümanki, 6% xeyr, 10%-i isə bilmirəm cavabını verib. Bundan başqa respondentlərin 91%-i Qarabağ bölgəsindəki bərpa işlərinin mükəmməl, 4%-i yaxşı, 3%-i yetərli, 1%-i yetərsiz, 1%-i isə bilmirəm cavabı verib.

Qeyd edək ki, sorğu 15 iyul - 15 avqust tarixlərində keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
3
1news.az

4Mənbələr