"Məndə olan məlumata görə, stadionda azərbaycanlı azarkeşlər olmayacaq".
Sport24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə UEFA Konfrans Liqasının pley-off mərhələsində səfərdə Kipr təmsilçisi "Omoniya"ya qarşı keçirəcəkləri matçla bağlı deyib. O, bu gün Larnaka şəhərindəki GSP stadionunda gerçəkləşəcək oyunda azərbaycanlı azarkeşlərin yer alıb-almayacağı ilə bağlı sualı cavablandırıb:
"Düzdür, UEFA-nın qaydalarına görə tribunların tutumunun 5 faizi qonaq azarkeşlər üçün ayrılıb. Amma həmin yerlər boş qalacaq. Çünki bizə biletlə bağlı müraciət edən olmayıb. Kiprdə, demək olar ki, azərbaycanlı yaşamır. Bura ada ölkəsidir deyə, giriş-çıxış, viza almaq bir qədər çətindir. Ona görə də çox güman, stadionda bizim azarkeşlər görünməyəcək".
Qeyd edək ki, "Zirə"nin Kipr klubu ilə görüşünün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Tərəflər arasında cavab oyunu bir həftə sonra "Liv Bona Dea Arena"da keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta