AZ

Güneydə zəvvarları daşıyan avtobus qəzaya uğradı

Bu gün İranın Qəzvin əyalətində Ərbəin zəvvarlarını daşıyan avtobus qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə Qəzvin əyalətinin Yol Polisi İdarəsinin rəisi, polkovnik Fərhad Zakiri Məneş məlumat verib.

"Bu gün səhər 05:47 radələrində 44 Ərbəin zəvvarını daşıyan avtobus Qəzvin-Rəşt magistralında "Nissan" markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə 15 sərnişin yaralanıb", - məlumatda deyilib.

Onun sözlərinə görə, dörd nəfər dərhal xəstəxanaya aparılıb, digər zərərçəkənlər isə ambulator müalicə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
milli.az

10Mənbələr