AZ

Mərkəzi Bankda 4 nəfər vəzifəyə təyin edildi - RƏSMİ

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qurumun 4 departamentinə direktorlar təyin edib.

Day.Az xəbər verir ki, sədr bununla bağlı müvafiq qərarlar imzalayıb.

Qərarlara əsasən, Sadiq Axundov İT əməliyyatları departamentinə, Elnur Ağayev Xəzinə departamentinə, Fətullah Ələkbərov Nağd Pul departamentinə, Fuad Səbziyev isə Ödəniş sistemləri və hesablaşmalar departamentininə direktor təyin olunub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Tofiq oğlu Osmanov vəzifəsindən ayrılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
36
day.az

10Mənbələr