AZ

Bakıda qurumuş ağac avtomobilin üzərinə aşdı:Zərərçəkmişin zərərini kim ödəyəcək? - VİDEO

Bakıda qurumuş ağac avtomobilin üzərinə aşıb. Hadisə dünən Nizami rayonu, Tofiq Abbasov 40 ünvanında baş verib. Zərərçəkmiş Anar Teymurov deyir ki, o həmin ünvana müştəri gətirib. Onu düşürüb, geri qayıtmaq istəyən zaman başına bu iş gəlib.

Zərərçəkmiş deyir ki, ona ciddi maddi ziyan dəyib.

Bakı Şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyinə müraciət etsə də, cəhdləri nəticə vermir. Ona dəymiş zərərin ödənməyəcəyi qəti şəkildə ifadə edilib.

Anar Teymurov deyir ki, o taksi fəaliyyəti ilə məşğuldur. Bu gözlənilməz hadisə onu əlavə maddi ziyana salıb. İşində fasilə yaranmaması üçün arxa şüşəni dəyişib taksi fəaliyyətini davam etdirir. O bununla belə, dəymiş zərərin ödənilməsini istəyir.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. Hadisə barədə onlara foto və məlumat təqdim etdik. Ancaq onlar sorğumuzu görsələr də, onu cavabsız qoydular. Hüquqşünaslar bildirirlər ki, vətəndaş belə vəziyyətdə məhkəməyə müraciət edərək ona dəymiş zərərin ödənilməsini təmin edə bilər.

Ətraflı videomaterialda.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
4
avtosfer.az

10Mənbələr