Bakı,TurkicWorld
Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasser Xəstəxanası, tibbi ləvazimat çatışmazlığı səbəbiylə dünyaya çağırış edib.
TurkicWorld xəbər verir ki, bu barədə xəstəxananın sözçüsü Mohammed Sakr mətbuat konfransında beynəlxalq qurumlara müraciət edib.
Sakr, xəstəxanada əməliyyat otağının dayandığını, cərrahi əlcəklərin, xalatların və digər ləvazimatların tükəndiyini bildirib.
O, dünyanın hər yerindən tibbi ləvazimatların Qəzzaya daxil olmasına icazə verməsi üçün İsrailə təzyiq etmələrini istəyib.