Ukraynanın qəfil Rusiya ərazisini işğal etməsinin üçüncü həftəsinə girdik. Bu, getdikcə uzun sürən əməliyyata bənzəyir. Sadə ukraynalılar isə bunun bədəli haqqında düşünürlər.
Bu fikirlər The Washington Post-da dərc olunan məqalədəndir.
Nəşrin məlumatına görə, əməliyyat bir tərəfdən müharibəni Rusiya ərazisinə keçirib. Lakin Rusiya qüvvələri strateji əhəmiyyətə malik Pokrovsk şəhəri ətrafında Donetskin şərq bölgəsində mövqelər tutmağa davam edir: "Bəzi ukraynalılar sual edirlər ki, Kiyev niyə öz torpaqlarını müdafiə etməkdənsə, Rusiya torpaqlarını ələ keçirmək üçün bu qədər vəsait xərcləyir".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Amma Ukraynanın ilk dəfə olaraq Rusiya ərazisinə daxil olaraq Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural
News365.az