AZ

Bakıda bu mənzillər kütləvi satışa çıxarıldı — Olduqca ucuzdur

Ötən ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi köçkünlər üçün tikilmiş 1662 mənzilin onlayn satışına başlayıb. Satışa çıxarılan mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında inşa edilən binalarda yerləşir. 

Bu mənzillər daşınmaz əmlak bazarında MTK-ların satışa çıxardığı evlərdən nisbətən ucuz təklif olunur. Bəs görəsən, keyfiyyət olaraq necədir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, sözügedən mənzillərin qiymətləndirmə prosesi düzgün aparılmayıb:  Sayt yaratmaq

“Hazırda o binalar boş qalıb və demək olar ki, alıcı yoxdur. İlk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu binalardakı mənzillərin qiymətləndirilməsi zamanı baş tutan tender prosedurunda biz də iştirak etdik. Deyə bilərəm ki, tender zamanı yanlışlığa yol verildi. Yəni qiyməti aşağı təklif edən yerli şirkətlərə deyil, digər xarici şirkətlərə üstünlük verildi. Halbuki xarici şirkətlər yerli bazarı bizdən yaxşı bilə bilməz. İndi elə qiymətlər təklif olunur ki, evləri alan yoxdur. Hesab edirəm ki, xarici şirkətlər qiymətləri bir qədər yüksək veriblər. Faktiki olaraq, həmin binaların istər keyfiyyət, istərsə də qiymət xüsusiyyətləri olduqca aşağıdır”. 

Ekspertin fikrincə, bu mənzillər keyfiyyətcə aşağıdır və ucuz tikinti materialları ilə tikilib: 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
11
demokrat.az

10Mənbələr