Böyük Britaniyanın BP enerji şirkəti Çinin “Lianyungang Jiaao Enproenergy Co” şirkətində 15% pay alır.

İndex.az xəbər verir ki, bu barədə Britaniya şirkətinin Çin bölməsindən bildirilib.

Bildirilib ki, sazişin ümumi dəyəri 354 milyon yuan (49,6 milyon dollar) təşkil edəcək.

Qeyd edək ki, “Lianyungang Jiaao Enproenergy” bioyanacaq istehsal edən və satışı ilə məşğul olan “Zhejiang Jiaao Enprotech Stock Co.” Şirkətinin törəmə şirkətidir. Həm də bu seqmentdə Çinin ən böyük şirkətlərindən biridir.

Çin şirkətinin 2025-ci ilin birinci rübündə dayanıqlı aviasiya yanacağı (SAF) zavodunun tikintisini başa çatdıracağı gözlənilir. Onun istehsal gücü illik 500 min ton olacaq. Yanacaq işlənmiş yemək yağından və heyvan yağından hazırlanacaq.

Saziş Çində tənzimləyici qurumların təsdiqindən sonra qüvvəyə minəcək.