AZ

Saxta qarpızlarla inanılmaz oyun

ABŞ-Meksika sərhədində külli miqdarda narkotik saxlanılıb.

News24.az xəbər verir ki, narkotiklər meyvəyə bənzəyən iki yaşıl rəngə boyanmış plastik qaba bükülüb və əsl qarpızların arasına qoyulub. 

Polis əməkdaşları tərəfindən ümumilikdə 1220 bağlamada iki tondan çox metamfetamin götürülüb.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi rəsmiləri deyiblər ki, onların əməkdaşları Otay Mesada Meksika sərhədində qoşqu daşıyan yük maşını saxlayıblar. Sənədlərdə sürücünün qarpız daşıdığı göstərilib, lakin müayinədən sonra bağlamalarda metamfetamin olduğu məlum olub. 

CBS News-un məlumatına görə, müsadirə edilən narkotiklərin ümumi dəyəri 6 milyon dollardır.

Məryəm İlhamqızı


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
news24.az

2Mənbələr