AZ

Maliyyə menecerləri üçün seminar keçirilib

AFFA-nın inzibati binasında Maliyyə və Mühasibatlıq Departamenti tərəfindən I Liqa və II Liqada çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib.

90deqiqe.Az  xəbər verir ki, seminarda AFFA tərəfindən ayrılan vəsaitin şəffaf xərclənməsi, kənarlaşmalara yol verilməməsi və hesabatların vaxtında təqdim olunması mövzusunda müzakirələr aparılıb.

Həmçinin, seminarda maliyyə vəsaitinin xərclənməsinə dair tələb olunan aylıq maliyyə hesabatlarının nümunələri klub nümayəndələrinə təqdim edilib. Tədbirin sonunda klub nümayəndələri ilə Maliyyə və Mühasibatlıq Departamentinin əməkdaşları arasında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
10
90deqiqe.az

10Mənbələr