AZ

Vəkillər Kollegiyası Aparatına yeni rəhbər təyin edilib

Vəkillər Kollegiyasının (VK) Aparatında yeni təyinat olub.

Bu barədə qərar VK Rəyasət Heyətinin keçirilən iclasında elan olunub.

Qərara əsasən, Orxan Babayev VK Aparatının rəhbəri – Baş katib vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2019-cu ildən VK-nın üzvü olan Orxan Babayev bu təyinatadək Kollegiya Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 1989-cu ildə Ordubad şəhərində anadan olub, 2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 2012-ci ilin noyabr ayında şirkətlərin birində hüquqşünas kimi başlayıb. 2013-2018-ci illər aralığında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi ilə müxtəlif inzibati vəzifələrdə çalışıb.

O, 2018-ci ildən VK-nın Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçisi, şöbə müdiri vəzifələrini icra edib. İngilis, rus və türk dillərini bilir. Ailəlidir, bir övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
20
azpost.info

10Mənbələr