AZ

Vəkillər Kollegiyası Aparatına yeni rəhbər təyin edildi

Orxan Babayev Azərbaycan Respublikası Vəkillər Kollegiyası Aparatının rəhbəri – Baş katib təyin edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Orxan Babayev özü məlumat verib.

Qeyd edək ki, 2019-cu ildən Vəkillər Kollegiyasının üzvü olan Orxan Babayev bu təyinatadək Kollegiya Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsində çalışıb.O, 1989-cu ildə Ordubad şəhərində anadan olub, 2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 2012-ci ilin noyabr ayında şirkətlərin birində hüquqşünas kimi başlayıb. 2013-2018-ci illərdə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi ilə müxtəlif inzibati vəzifələrdə çalışıb.

O, 2018-ci ildən Kollegiyanın Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçi, şöbə müdiri vəzifələrini icra edib.

İngilis, rus və türk dillərini bilir.

Ailəlidir, bir övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
8
turanpress.com

9Mənbələr