AZ

“Bakıda elə binalar var ki…” — Seysmoloqdan zəlzələ ilə bağlı MÜHÜM AÇIQLAMA

“Azərbaycan bioloji quruluş baxımından çox mürəkkəbdir. Biz gedib Türkiyədə iş apardıq. İki yan-yana durmuş, normal tikilmiş bina var idi. Binanın biri çöküb, armaturları çıxıb, o biri binaya heç nə olmamışdı. Bunların arasındakı məsafə 6 metr 30 santimetr olub. Biz türklərə də göstərdik ki, sizin səhviniz burada olub ki, bu bina düşüb düz onun altına, 6 metr o yanda heç nə yoxdur. Dalğanın təsirindən enerji boşalması gedib, binaya təsir edib, dağıdıb yatızdırıb. 6 metr nədir? Bir otağın enidir də. Təsəvvür edirsiniz? Mən bunu dəfələrlə onlara da göstərdim, burada da dedim. Xəritə ümumi seysmikliyi verir. 8 balın içində 10 balı da var, 9 balı da var. Məsələ burasındadır.  Dalğa gələndə elə-belə gəlmir ki. Laylardan keçib gəlir də. Hər bir layın da öz sürəti, boşalması, enerjisi var”.

Demokrat.az Titul.az-a istinadən xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Q. Yetirmişli daha sonra əlavə edib:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
28
demokrat.az

10Mənbələr