Livandakı "İslam Müqaviməti" İsrailin şimalındakı Qərbi Qalileyaya və yəhudi dövlətinin nəzarətində olan Qolan təpələrinə doğru 70-dən çox raket atıb.
Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Telekanal bildirir ki, İsrail ərazisinin atəşə tutulması davam edir.
Bu arada İsrail ordusunun bu səhər Livanda "Hizbullah" hərəkatının hədəflərinə qabaqlayıcı zərbələr endirməsindən sonra yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, İsrail ərazisinə raket zərbəsi hazırlamaqla əlaqədar "Hizbullah" hərəkatının hədəflərinə hücum ediblər.
Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı isə İsrail Müdafiə Qüvvələrinin 4 əsgəri həlak olub, daha 7 nəfər yaralanıb.