AZ

"Durovun Parisə gəlməyə cəsarət etməsi təəccüblüdür"

Parisdə saxlanılan "Telegram"ın təsisçisi Pavel Durovun işini aparan müstəntiqlərdən biri onun Fransaya uçmaq qərarına gəlməsinə təəccüb etdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə "AFP" yazır.

Məlumata görə, o, mövcud problemlərdən xəbərdar idi və axtarışda olduğunu bilirdi.

"Onun Parisə gəlməyə cəsarət etməsi təəccüblüdür" - Pavel Durovun saxlanmasına münasibət bildirən Fransa hüquq-mühafizə orqanlarının adı açıqlanmayan rəsmisi bildirib.

Xatırladaq ki, Pavel Durov avqustun 24-ü, saat 20:00 radələrində "Le Burje" hava limanında saxlanılıb. O, Fransaya Azərbaycandan şəxsi təyyarə ilə gedib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
34
publika.az

10Mənbələr