AZ

“Təhsil” yay düşərgəsi başa çatıb

Elm və Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları üçün keçirilən “Təhsil” yay düşərgəsinin bağlanış mərasimi olub.

“İki sahil” xəbər verir ki,  Nazirlikdən bildirilib ki, tədbirdə çıxış edən təşkilatçı qurumların nümayəndələri yay düşərgəsinin uşaqlarda dostluq münasibətlərinin formalaşması, milli-mənəvi dəyərlərin mənimsənilməsi baxımından böyük rol oynadığını, intellektual, əyləncəli proqramların, idman məşqlərinin məktəblilərin yay tətilini daha səmərəli keçirmələrində xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbirin sonunda “Təhsil” yay düşərgəsinin iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, yay düşərgəsinə ölkənin şəhər və rayonları, o cümlədən Naxçıvan Muxtar Respublikasından 45 məktəbli cəlb olunub.

“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan düşərgədə uşaqlar üçün ustad dərsləri, intellektual oyunlar, idman yarışları, viktorinalar, konsert və digər əyləncəli proqramlar təşkil olunub. Həftə ərzində məktəblilər tanınmış aktyor, yazıçı, idmançılarla görüşüblər, eləcə də onların muzey, kinoteatr və STEAM İnnovasiya Mərkəzinə səfərləri təşkil olunub.

Yay düşərgəsinin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar aşılamaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
10
ikisahil.az

10Mənbələr