İsmayıl Haniyənin intiqamı ilə bağlı yaxşı xəbər eşidəcəksiniz.
Axar.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri, general-mayor Hüseyn Salami deyib.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə 31 iyulda Tehranda qaldığı evdə raket zərbəsi nəticəsində öldürülüb. İran İsraildən bunun qisasını alacağını elan edib.