AZ

“İsgəndər”in baş konstruktoru öldü

"İsgəndər-M" raket sisteminin baş konstruktoru Oleq Mamalıqa 91 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə High-Precision Complexes holdinqi məlumat yayıb.

"Təəssüflə bildiririk ki, "İsgəndər-M" raket sisteminin baş konstruktoru Oleq İvanoviç Mamalıqa 92 yaşında vəfat edib. Oleq İvanoviç bütün əmək fəaliyyətini Kolomna Maşınqayırma Konstruktor Bürosunda işləməyə həsr edib. O, Silah və hərbi texnikanın, o cümlədən ilk sovet tank əleyhinə sistemlərinin ("Şmel", "Malyutka"), taktiki ("Toçka") və əməliyyat-taktiki raket sistemlərinin ("Oka", "Oka-U", "İskəndər-M")" hazırlanmasında iştirak edib" - holdinqin Telegram kanalında deyilir

Mamalıqa 1933-cü il aprelin 4-də hərbçi ailəsində anadan olub. Məktəbi qızıl medalla bitirdikdən sonra raket mühəndisi olmaq üçün imtahansız Leninqrad Hərbi Mexanika İnstitutuna daxil olub. 1957-ci ildə Kolomnadakı Xüsusi Konstruktor Bürosuna (indiki Tədqiqat və İstehsalat Korporasiyası "Maşınqayırma Layihə Bürosu") baş konstruktor təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
18
milli.az

10Mənbələr