AZ

Boy uzadan dərmanlar da satılır – alaqmı?

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir.

İddia olunur k, həmin dərmanların tərkibi vitamin və mikroelementlərdən ibarətdir.

NOCOMMENT.az xəbər verir ki, pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, reseptsiz satılan dərmanlardan istifadə etmək düzgün deyil:

“Sosial şəbəkələrdə satılan dərmanlara nəzarət edən qurum yoxdur və orada kim nə istəyir, satır. Valideyn uşağının boyunun ölçüsündən narahatdırsa, mütləq həkimə müraciət etməlidir. Əgər aparılan müayinələrdə nəticələr normaldırsa, valideynin özünün boyu balacadırsa, bu, genetik məsələdir. Bunu belə qəbul etmək lazımdır. Tövsiyə edilən dərmanlar uşağa mənfi təsir edə bilər. Ona qalsa bu gün sosial şəbəkələrdə boy artımı, arıqladan, kökəldən, gözəlləşdirən və s dərmanlar satılır. Kim nə istəyir satır. Mümkün dərəcədə bu şəxslərdən uzaq durmaq lazımdır. Uşağın boyu balacadirsa, bu genetik ola bilər. Valideyn övladının qidasına fikir verməli, uşağın idmanla məşğul olmasına şərait yaratmalıdır”.

Seçilən
128
12
nocomment.az

10Mənbələr