Son vaxtlarda uşaqlarda boy artımına kömək etdiyi iddia edilən dərman və qida əlavələrinin sayı artıb.
Bəs bu dərmanlar doğrudan da boy uzanmasına kömək edirmi?
Day.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, həkim pediatr Qoşqar İsmayıl deyir ki, boy uzatmaq üçün olan dərmanlar həkim məsləhəti olmadan istifadə edildikdə ciddi fəsadlara yol aça bilər.
Həkim-pediatr deyir ki, boy artıcı preparatları istifadə etməmişdən öncə boy qısalığının səbəbləri araşdırılmalıdır.
Qoşqar İsmayılın sözlərinə görə, valideynlər uşaqlarının boy cəhətdən yaşıdlarından geri qaldığını sezirlərsə, həkimə müraciət etməlidirlər.
Əgər uşaqlarda 4 yaşından sonra illik boy artımı 5-7 sm-dən aşağı olarsa, bu halda həkimə müraciət etmək vacibdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.