Qara qarağatın yeni faydaları üzə çıxıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, giləmeyvənin bir çox problemlərlə yanaşı, xüsusilə ürək-damar xəstəliklərindən qoruduğu, qan şəkərini tarazladığı və ümumi sağlamlığı qorumağa kömək etdiyi bildirilir.
Alimlər illərdir ürək-damar xəstəlikləri riskini azaltmağın yollarını axtarırlar. Bu yollardan biri qara qarağat yemək və ya ondan hazırlanan əlavələrdən istifadə etmək ola bilər.
Qara qarağatın ömrü uzadan, ürək sağlamlığı üçün möcüzə hesab edilən qida olduğu qeyd edilir.
Alimlər apardıqları araşdırmalarda qarağatın qan dövranını 45 faiz artıraraq damar tıxanmasına qarşı mübarizə apardığını müəyyən ediblər.
Son araşdırmalar qara qarağatın aşağıdakı 4 müsbət təsirini sübuta yetirib:
* Ürək sağlamlığını qoruyur,
* Damarları təmizləyir,
* Qan dövranını yaxşılaşdırır,
* Hipertenziyanın qarşısını alır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun