AZ

Bakıda hər an FACİƏ YAŞANA BİLƏR - Bina sakinlərindən SOS!

 

Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev 17 ünvanında yerləşən binanın sakinləri həyəcan təbili çalır.

Bu barədə bina sakinlərdindən biri olan Leyla İsmayılova musavat.com-a məlumat verib. 

Şikayəti olduğu kimi təqdim edirik:

"Xətai rayonu, Nəcəfqulu Rəfiyev 17 ünvanında yerləşən ikimərtəbəli binanı söküblər, yalnız 1 üçmərtəbəli bina qalıb. Hazırda sökülən evin yerində yeni bina tikmək üçün özül qazılıb. Lakin fundament yaşayış olan binaya o qədər yaxın qazılar ki, hər gecə yaşadığımız evdə divarlar titrəyir. Bəzi mənzillərin divarlarında arqı çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyinə, polisə və Xətai raon İcra Hakimiyyətinə dəfələrlə şikayət etmişik, lakin heç bir tədbir görülməyib. Gəlib baxıb, gedirlər.Qazıntı işləri gecə saatlarında aparılır və həmin saatlarda tikintiyə məsul olan şəxslərin heç biri ərazidə olmur. İş prosesində hətta bir dəfə qaz borusunu da zədələmişdilər. Sakinlərdən biri təsadüfən qaz sızmasını hiss edib və dərhal FHN-ə zəng etmişdi. Onlar da neçə saat qəza baş verən yerə gəlib çıxdılar. 

Bina sakinləri yaranmış bu vəziyyətdən olduqca narahatdırlar. Çünki, bina olduqca köhnədir və bu qədər zərbələrə dözməyə bilər. Qeyd edim ki, bina həm də tarixi binadır."

Musavat.com ərazidən paylaşılan foto və videoları təqdim edir: 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
musavat.com

10Mənbələr