AZ

Fransa polisi etirazçılara qarşı güc tətbiq edib

Fransanın Tarn kommunasında polislə yerli sakinlər arasında toqquşma baş verib.

Olaylar-ın "Figaro"ya istinadən verdiyi məlumata görə, sakinlər Tuluz-Kastr avtomobil yolunun çəkilişinə etiraz olaraq inşaat texnikasına zərər vurub və polisə daş, Molotov kokteyli atıblar. Polis narazı kütləyə qarşı gözyaşardıcı qazdan istifadə edib və bir nəfər saxlanılıb.

A69 Tuluz-Kastr avtomobil yolunun çəkilişi ekoloqlar və elm adamları arasında ciddi narazılıq yaradıb. Onların fikrincə, bu yol əkinəyararlı torpaqların və yaşıllıq zonalarının məhv olmasına, qrunt sularının səviyyəsinin aşağı düşməsinə və rütubət balansının pozulmasına gətirib çıxaracaq.

Qeyd edək ki, əvvəlki aylarda da yol inşaatı ilə bağlı etirazçılarla polis arasında qarşıdurmalar baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
8
olaylar.az

9Mənbələr