Paytaxtın Sabunçu rayonu Asif Əsədullayev küçəsi ev 27 ünvanında yaşayan sakin narazıdır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, buna səbəb dağılmış binanın reklamla örtülməsidir:
"Yaşadığım binanı ört-basdır etmək istəyirlər, pəncərənin də qabağını bağlayırlar, nəfəs almağa, hava gəlməyə yer yoxdur".
BAKU.WS-in müvafiq qurumlardan əldə etdiyi məlumata görə, sözügedən bina qəzalı vəziyyətdədir. Həmin vətəndaşın qonşuları isə kompensasiya alaraq binanı tərk ediblər. Lakin şikayətçi ona verilən məbləğlə razılaşmayıb, indi isə abadlıq işlərinin aparılmasına da mane olmağa çalışır.
Hadisənin görüntülərini təqdim edirik: