AZ

Deputatlara rəqib olan işsiz və tələbə NAMİZƏDLƏR: Onları tanıyanlar var?

Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə nə az nə çox 5 gün qalıb. Namizədlərin seçki öncəsi təbliğat-təşviqat kampaniyası davam etməkdədir. Namizədlər seçicilərin diqqətini cəlb etmək üçün əsasən sosial problemlərin həllinə yönələn vədlər verir.

İşsizlik, təhsil, səhiyyə və digər sosial məsələlər seçki kampaniyasında ön planda yer alır. Elə namizədlər var ki, qapı-qapı seçicilərin ayağına qədər gedir, eləsi də var ki, seçiciləri təbliğat-təşviqatla bağlı görüşlərə çağırır. Seçkilərdə iştirak edən namizədlərin əksəriyyəti VI çağırış Milli Məclisin hazırkı deputatlarıdır, lakin namizədlər arasında tanınmış simalarla yanaşı, ilk dəfə bu yarışa qatılan, geniş ictimaiyyət tərəfindən tanınmayan şəxslər də var.

Siyahıda işsizlər, təqaüddə olanlar, hətta fəhlə, tələbə namizədlərin olması bu seçki kampaniyasını daha da cəledici edir. Seçkilər və onların nəticələri Azərbaycanın siyasi səhnəsinə təsir edəcək mühüm hadisələrdən biridir və seçicilərin sosial problemlərin həllinə dair gözləntilərinin necə qarşılanacağı maraqla gözlənilir. Yenicag.az olaraq, bu seçkilərdə heç kimin tanımadığı namizədlərlə bağlı araşdırmanı təqdim edirik. Araşdırmaya Abşeron, Şirvan, Yevlax, Mingəçevir üzrə davam edirik.

49 saylı Abşeron ikinci seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Xudayev Faiq Allahverdi oğludur. Bu seçki dairəsində namizədliyini öz təşəbbüsü tərəfindən irəli sürən və hazır kollecdə müəllim vəzifəsində çalışan Hüseynova Arzu Rafiq qızı da yer alıb. Sözügedən seçki dairəsində tanınmayan adlardan biri də namizədliyini özü tərəfindən irəli sürən və hazırda nəzarətçi olaraq işləyən Allahverdiyev Elbrus Şakir oğlu da özünə yer tapa bilib.

50 saylı Abşeron üçüncü seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş və hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasında sektor müdiri vəzifəsində çalışan Namazov Ramid Zakir oğludur. Bu seçki dairəsində də adı tanınmayanlarda bir xeyli şəxs yer alıb. Belə ki, namizədliyini özü tərəfindən irəli sürən və hazırda heç bir müəssisədə çalışmayan Heydərov Eldar Heydər oğlu, namizədliyini HƏP-dən irəli sürən Davudova Bildirçin Tağı qızıdır.

51 saylı Şirvan seçki dairəsində namizədliyini YAP-dan irəli sürən və hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Əsədov Heydər Xanış oğludur. Bu seçki dairəsində də işləməyən, pensiyaçı hətta fəhlə kimi çalışan namizəd yer alıb. Belə ki, onlar namizədliyini VHP-dan irəli sürmüş və hazırda fəhlə kimi çalışan İsmayılov Zöhrab Vahid oğlu, namizədliyini özü irəli sürən və hazırda işləməyən Cəfərov Aslan Şahmirzə oğlu, Məlikov Nasir Nazim oğludur.

52 saylı Yevlax seçki dairəsində isə deputatlığa namizəd olan şəxs namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Məmmədov İlham Kazım oğludur. Bu seçki dairəsində adı tanınmayan şəxslər yer alır. Onlardan biri namizədliyini özü tərəfindən irəli sürən və hazırda heç bir müəssisədə çalışmayan Yusifli Ülviyyə Saqi qızıdır.

53 saylı Yevlax-Mingəçevir seçki dairəsində deputatlığa namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Hüseynli Əli Məhəmməd oğludur. Bu seçki dairəsində adı o qədər də tanınmayanlardan olan şəxslər namizədliklərini özləri tərəfindən irəli sürmüş işsiz Əliyeva Ləman Sadiq qızı, bağçada gözətçi olaraq çalışan Hidayətov Asif Mürsəl oğludur.

54 saylı Mingəçevir seçki dairəsində deputatlığa namizədliyini YAP-dan irəlimsürmüş VI çağırış Milli Məclisin deputatı Mirzəzadə Aydın Böyükkişi oğludur. Bu seçki dairəsində isə namizədlərin əksəriyyəti demək olar ki, işsizdir. Belə ki, onlardan ikisi namizədliyini özləri tərəfindən irəli sürmüş və hazırda heç bir yerdə işləməyən Ağa Qalib Şəmsəddin oğlu, Əliyev Ələsgər Qəhrəman oğludur. Sözügedən seçki dairəsində hətta tələbə də yer alıb. O, 2003-cü il təvəllüdlü Həsənli Əmrah Qoşqar oğludur.

Mövzunu davam etdirəcəyik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
moderator.az

10Mənbələr