AZ

Futbolçuların FC-25 reytinqi açıqlandı: Messi 15-ci, Ronaldo isə...

Dünyanın bir nömrəli futbol simulyatoru olan EA FC-nin yeni versiyası üçün futbolçuların reytinqi açıqlanıb.

Publika.az xəbər verir ki, kişilər arasında ən yaxşı göstərici Rodri, Erlinq Haaland (hər ikisi “Mançester Siti”) və Kilian Mbappeyə (“Real”) verilib. Onların ümumi reytinq göstəricisi 91-dir.

Ən güclü müdafiəçi Vircil van Deyk (91) (“Liverpul”) isə səhvən qapıçı kimi təqdim edilib.

“Qızıl top”un səkkizqat qalibi Lionel Messi ilk 15-dən kənarda 88 bal toplayıb. Onun əzəli rəqibi Kriştiano Ronaldo isə 86 reytinq ilə "Top-50"dən kənar düşüb.

Qadınlar arasında ən yaxşı Aitana Bonmatidir (“Barselona”) - 91 reytinq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
18
publika.az

10Mənbələr