AZ

Zelenski: "Bugünkü hücum ən güclü zərbələrdən biridir"

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya bugünkü hücumunu "ən güclü zərbələrdən biri" adlandırıb. Zelenski bu barədə "Teleqram" kanalında açıqlama verib.

Bəlli olduğu kimi, RF Silahlı Qüvvələri bu gün Ukrayna ərazisinə kütləvi hücumlar ediblər.

Zelenski Rusiyanın dərinliklərinə hücum etmək üçün Qərbi uzaqvuran silahlara qarşı məhdudiyyətləri ləğv etməyə çağırıb. Zelenski videomüraciətində bildirib ki, Rusiya Ukraynaya hücum zamanı müxtəlif tipli yüzdən artıqdən və dronlardan istifadə edib. Nəticədə çox sayda dağıntılar və enerji sistemində zədələnmələr baş verib. Zelenski Rusiyaya zərbə endirmək üçün Qərb silahlarından istifadə etməyə çağırarkən deyib: "Hər bir lider, hər bir tərəfdaş bilir ki, müharibəyə son qoymaq, həm də ədalətli şəkildə son qoymaq üçün hansı qəti qərarları vermək lazımdır. Amerika, Britaniya, Fransa və digər tərəfdaşların Ukraynaya kömək edəcək gücü var. Lakin bunun üçün müvafiq qərarlar verilməlidir". 

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
50
hurriyyet.az

10Mənbələr