“Amburan Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında “Qarğa” (The Crow) Amerika qotik filminin premyeradan öncə nümayişi baş tutub.BAKU.NEWS xəbər verir ki, premyeradan öncə nümayişə şou-biznes ulduzları, jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub.“The Voice of Azerbaijan” layihəsində iştirak edən müğənni Aliyə tədbirdə ifalarını səsləndirib. “Show1Baku” qrupu isə atəş şousu ilə rəqs ediblər.Tədbir filmin nümayişi ilə başa çatıb.Məlumat üçün bildirək ki, Ceyms O'Barrın qrafik romanı əsasında çəkilən ekran işinda Erik Dreyven və onun sevgilisi Şelli Vebsterin əsas rollarını Bill Skarsqard və FKA Tviqs ifa ediblər.Bill tamaşaçılara “O”, “Doqquz gün”, “Con Uik 4” filmlərindəki rollarından tanışdır. FKA Tviqs (Taliya Debrett Barnett) daha çox müğənni, bəstəkar və rəqqas kimi tanınır. Personajlar müasir, dinamik, müxtəlif yaradıcı maraqlara malikdir və maraqlı retro dizayn elementləri ilə proqressiv cəmiyyətdə yaşayırlar. Bill Skarsqard əlavə edir ki, QARĞA tamaşaçılara unikal təcrübə təqdim edir. “Emosional, qaranlıq, sərt, romantik və çox hərəkətlidir”.Rejissor Rupert Sandersin dediyinə görə, əvvəlki film yalnız qisas üzərində cəmlənmişdi. Yeni “Qarğa” filmində isə izləyicilər sevgi hekayəsini görəcəklər. “Mən istəyirdim ki, tamaşaçılar onların hisslərinə inansınlar, bu sevgi ondan alınan zaman Erikin ağrısını hiss etsinlər”. “QARĞA” iki film birləşməsidir: qisas haqqında triller və melodram.”Hekayənin mərkəzində Erik Dreyven adlı musiqiçidir. O, sevimli Şellini qorumaq üçün özünü qurban verməlidir. Lakin Erikin fədakarlığı boşa çıxır – Şelli həyatından məhrum olunur.Faciədən bir il sonra dirilər və ölülər dünyası arasında qalan Erik axirətdən qayıdır. İndi o, tanrının gücünə sahib olan Qarğadır. Qəhrəman cinayətkarları tapmaq, onlardan amansız qisas almaq və ədaləti bərpa etmək üçün dirilər dünyasına qayıdır.Qeyd edək ki, tədbirin təşkilinə “VOLGA” kino şirkəti, Cinema Distribution, “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Bolshoy Prazdnik” dekorasiya şirkəti, “Astral” kvesti, “ProEvents” işıq effektləri, ənənəvi Yapon-Asiya desertləri “Mochiki”, “Hillside” premium şərabları, Bonaqua və Red Bull dəstək göstərib.