AZ

Bu il Azərbaycan Gürcüstandan 2,57 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 2,57 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

Fins.az xarici mətbuata istinadən verdiyi məlumata görə, bu dövrdə Gürcüstandan ümumilikdə 48,6 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.

Hesabat dövründə Gürcüstandan elektrik enerjisi ixracı həyata keçirilən ölkələr arasında Türkiyə (40,07 milyon ABŞ dolları), Ermənistan (5,87 milyon ABŞ dolları), Azərbaycan (2,57 milyon ABŞ dolları) və Rusiya (64,9 min ABŞ dolları) yer alıb.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
3
fins.az

10Mənbələr