AZ

Şuşa və Xankəndidə 46 nəfər inzibati məsuliyyətə cəlb olundu

Şuşa və Xankəndidə 46 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, azad olunan ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, onlara məlumatverici yaddaş vərəqələri paylanılır.

Sanitariya-gigiyena qaydaları ilə bağlı vətəndaşların ən çox səfər etdikləri Şuşa və Xankəndi şəhərlərində avqust ayı ərzində ümumilikdə 46 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin məişət tullantıları və tütün məmulatlarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə məsuliyyətə cəlb olunub. Qaydalara əməl etməyən şəxslərə qarşı inzibati tənbeh tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
43
publika.az

10Mənbələr