AZ

Karlo Ançelotti Andrey Lunin haqda vacib bəyanat verdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın ukraynalı qapıçısı Andrey Luninin klubdakı gələcəyi ilə bağlı vacib bəyanat verib.

Arena.az xəbər verir ki, italyan mütəxəssis ukraynalı qapıçının yeni mövsümdə “Real”da qalacağını bildirib:

“Lunin “Real”da qalacaq. O, klubu tərk etməyəcək”, deyə Karlo Ançelotti vurğulayıb.

Ukraynalı qapıçının İspaniya nəhəngi ilə müqaviləsi bir ildən sonra başa çatacaq. Əvvəllər Luninin daha çox oyun vaxtı əldə etmək istədiyi üçün müqaviləni yeniləməyə razı olmadığı barədə məlumatlar vardı. Ukraynalı qapıçı ilə Avropa klublarından da maraqlandığı vurğulanır.

Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. Lunin karyerası ərzində “Dnepr”, “Zarya” (Luqansk), “Real”, “Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zarya”dan 8,5 milyon avro məbləğ müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb. Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Lunin “Real”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 32 qol buraxıb, 12 oyundan “quru” çıxıb. Luninin “Real” karyerası ümumilikdə 48 oyun, 51 buraxılmış qol və 16 “quru” oyundan ibarətdir.

Andrey Luninin qənimətlər muzeyində olan bütün qənimətlər ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası (2 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası (2 dəfə), UEFA Super Kuboku (2 dəfə), FIFA Klub Dünya Kuboku daxildir.

Andrey Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 13 oyun keçirib, 11 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı ukraynalı qapıçı Andrey Luninin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
arena.az

4Mənbələr