AZ

Fəhlə boru çəkərkən orta əsr sikkələrinin anbarını tapdı

Almaniyanın Qlottertal bələdiyyəsində işləyən yerli sakin boru xətti çəkərkən 1500-dən çox qədim sikkə tapıb. 

HİT.az xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb.

Klaus Voelker üzgüçülük hovuzu üçün borular çəkərkən yerdə sikkələrə bənzəyən kiçik metal lövhələr olan bir anbar tapıb. Tapıntı barədə işəgötürənə məlumat verib və əraziyə gələn arxeoloqlar boru kəməri yerində min yarımdan çox oxşar lövhə tapıblar.

Məlum olub ki, bunlar 14-cü əsrdə zərb edilən orta əsr sikkələridir. İşçinin tapdığı sikkələr Almaniyada son bir neçə onillikdə tapılan ən böyük orta əsr xəzinələrindən birinə çevrilib.

Bundan əvvəl məlumat verilmişdi ki, Danimarkada Orhus Universitetinin arxeoloq tələbəsi eramızın 9-cu əsrinə aid qədim vikinqlər xəzinəsi tapıb. Xəzinə Olsted şəhəri yaxınlığındakı ferma sahəsində basdırılmışdı.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
13
hit.az

10Mənbələr