"Jaguar Land Rover" mühəndislərinin uzun müddətdir üzərində çalışdıqları yeni nəsil elektrikli "Range Rover" artıq 42 min ilkin sifariş toplaya bilib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Jaguar Land Rover" şirkətinin tam elektriklə işləyən yeni "Range Rover Electric" indiyə qədər istehsal edilmiş ən səssiz və ən incə "Range Rover" olacaq.
2024-cü ilin sonunda satışa çıxarılacaq "Range Rover Electric" yoldakı səs-küyünün içəri daxil olmasına mane olma xüsusiyyətinə sahib olacaq.
Elektrikli "Range Rover", həmçinin yeni çəkiş nəzarət sistemi ilə təchiz ediləcək və bu, marka üçün bir ilk olacaq. Həmçinin sürüşkən səthlərdə tutuşu əhəmiyyətli dərəcədə artıracaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun