AZ

Londonda karnaval kabusa çevrildi

Böyük Britaniyanın paytaxtı London şəhərində “Notting Hill”də (Afro-Karib dənizi mədəni karnavalı) 249 nəfər saxlanılıb. SİA xəbər verir ki, saxlanılanlar satış məqsədi ilə narkotik vasitələrin saxlanılması, təhlükəli silaha sahib olmaq, fövqəladə hallar xidmətinin əməkdaşlarına hücum, quldurluq və cinsi xarakterli cinayətlərdə şübhəli bilinirlər.

Karnaval zamanı 4 nəfər bıçaqlı hücuma məruz qalıb.

Tədbirdə təhlükəsizliyin təmin edilməsinə 7 minə yaxın polis əməkdaşı cəlb olunub.

Qeyd edək ki, ənənəvi "Notting Hill" karnavalı 1964-cü ildən keçirilir. Avropanın ən böyük küçə festivalını hər il bir milyondan çox britaniyalı və xarici turist ziyarət edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
sia.az

4Mənbələr