AZ

Pakistanda silahlıların hücumları nəticəsində ölənlərin sayı 70-i ötdü

Pakistanın Bəlucistan əyalətində silahlıların polis məntəqələrinə, dəmiryollarına və magistral yollara hücumu nəticəsində azı 73 nəfər həlak olub.

KONKRET.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, ölənlər arasında 14 əsgər və polis də var.

“Bu hücumlar Pakistanda anarxiya yaratmaq üçün yaxşı düşünülmüş plandır”, – daxili işlər naziri Möhsin Nəqvi bildirib.

Qeyd edək ki, Pakistan ordusu və hüquq-mühafizə orqanları Bəlucistan əyalətində terror aktlarını dəf edərkən azı 21 silahlı öldürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
16
konkret.az

10Mənbələr