AZ

IDF köçkünlərin geri qayıtmasını sürətləndirmək üçün çalışdığını deyir

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin şimal hissəsində məcburi köçkün olan sakinləri mümkün qədər tez evlərinə qaytarmaq üçün çalışır.

“İki sahil” “The Times of Israel”ə istinadla xəbər verir ki, bunu ordunun Baş Qərargah rəisi Herzi Halevi İsrail Ordusunun Şimal Komandanlığına səfəri zamanı deyib.

Halevi qeyd edib ki, hərbçilər “Hizbullah” hərəkatının gündəlik hücumlarını nəzərə alaraq, İsrailin şimalındakı köçkünlərin mümkün qədər tez evlərinə qayıtması üçün çalışırlar: "Hizbullah”ın daha çox imkanları var və iş hələ tamamlanmayıb. Bizim missiyamız aydındır: şimal xalqını sağ-salamat öz evlərinə qaytaraq və İsrail ordusu bununla bağlı gecə-gündüz işləyir".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
39
ikisahil.az

1Mənbələr