“Səbail”in sabiq legioneri Valdemar Almeyda yenidən Azərbaycana qayıdıb.
Ötən mövsümü burada keçirmiş anqolalı yarımmüdafiəçini qarşıdakıildə də Premyer Liqada izləyəcəyik.
Portuqaliya vətəndaşlığı da olan orta sahə oyunçusu bu dəfə “Kəpəz“lə anlaşıb. Daha çox “Pana“ ləqəbiylə tanınan əcnəbi Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Anqola millisində 3 matç keçirən “Pana“nın “Səbail“lə müqayisədə “Kəpəz“dən daha az maaş alacağı bildirilir.
SPORTİNFO.AZ