AZ

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək

Rusiya və Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclaslarının keçirilməsini tələb ediblər.

“Cebheinfo.az”-ın məlumatlarına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski açıqlama verib. 

Onun sözlərinə görə, Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının avqustun 28-də, Moskva vaxtı ilə saat 22:00-da baş tutacaq iclasının keçirlməsini tələb ediblər.

“Təhlükəsizlik Şurasının Qərb üzvləri avqustda Ukrayna məsələsini BMT Təhlükəsizlik Şurasında qaldırmağa qərar veriblər. Onlar avqustun 28-də saat 15:00-da (Moskva vaxtı ilə 22:00) görüş tələb ediblər” - o, özünün “Telegram” kanalında belə yazıb.

Rusiya avqustun 30-da saat 10:00-da (Moskva vaxtı ilə 17:00) Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı görüşün keçirilməsini istəyib.

“Biz həmçinin, Ukrayna böhranının və Qərb üçün əlverişsiz olan Ukraynanın daxili çürüməsinin digər aspektlərinə də toxunacağıq”, - diplomat əlavə edib.

Polyanskinin bu yaxınlarda qeyd edib ki, rəsmi Kiyev Kursk vilayətinə hücum etməklə eskalasiya və hərbi əməliyyatların davam etdirilməsinə üstünlük verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
cebheinfo.az

10Mənbələr