Rostov-na-Donu yaxınlığındakı Proletarskdakı neft bazasında bir həftədən çox davam edən yanğının nəticələri lentə alınıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə şahidlərinin görüntüləri Telegram -da yayımlanıb .
Yayılan kadrlardan görünür ki, bir neçə gün davam edən yanğın nəticəsində neft məhsulları olan bir neçə çən tamamilə sıradan çıxıb, digərləri isə yanıb. Eyni zamanda, Rostov neft bazasında bəzi çənlərdən kiçik alovlar çıxmağa davam edir.
Avqustun 18-də Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz təyyarənin hücumundan sonra Proletarskdakı neft anbarı yanıb . Yeddi gündən artıq yanğını söndürmək mümkün olmayıb. Hadisə nəticəsində 50-yə yaxın adam xəsarət alıb , onlardan 15-i xəstəxanaya yerləşdirilib.