ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə, "Tesla", "Neuralink", "xAI" kimi texnologiya şirkətləri ilə yanaşı, X və digər sosial media platformalarının sahibi, milyarder İlon Maska hökumətində vəzifə verməyəcəyini deyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tramp “YouTube” yayımçısı, keçmiş hərbçi Şon Rayanın verilişində deyinb.
O, aparıcının "Maska nazir vəzifəsi verəcəksiz?" sualına belə cavab verib: "O, mənim hökumətimdə təmsil olunmaq istəyir. Amcaq baxın, o, çox böyük biznesləri idarə edir və buna görə də həqiqətən onun hökumət üzvü kimi gərgin bir işə zaman ayıra biləcəyini düşünmürəm. Mən ona vəzifə verərdim, lakin bu qədər işlə yeni vəzifənin öhdəsindən necə gələcəyini bilmirəm. Ona görə, onu ən yaxşı halda müşavirlik vəzifəsinə təyin edə bilərəm. Sizə deyim ki, o, əla fikirlər, ideyalar verə biləcək potensialdadır".
Lamiyə Əhmədli
MİA.AZ