AZ

Makron “Telegram”-dan istifadə edir, amma...

Makron

Fransa prezidenti Emmanuel Makron həvəskar “Telegram” istifadəçisidir və o, bu yaxınlarda adıçəkilən sosial şəbəkədə olub.

Reyting.az
“Politico” nəşrinə istinadla xəbər verir ki, təkcə Makron deyil, Fransa elitasının digər üzvləri də “Telegram”dan istifadə edirlər.

Şifrələnmiş mesajların mübadiləsi proqramı siyasi və media dairələrində, o cümlədən Fransa prezidentində fəal şəkildə istifadə olunur. Lakin bu, onun yaradıcısı Pavel Durovu həbsdən xilas edə bilməyib.

“Politico” yazır ki, Makron ilk prezidentlik kampaniyasının ilk günlərindən “Telegram” istifadəçisi olub. Demək olar, 10 il sonra bu proqram həm nazirlərin, həm də digər vəzifəli şəxslərin, xüsusən də Makron tərəfdarı olan dairələr tərəfindən geniş şəkildə istifadə olunub.

Lakin ötən gün Fransa polisi “Telegram”ın yaradıcısı və təsisçisi Durovu hava limanında saxlayıb. Həbs özünü söz azadlığının müdafiəçiləri adlandıran “X” və “Tesla” şirkətlərinin sahibi İlon Mask, həmçinin Rusiya rəsmiləri, xüsusən də senator Aleksey Puşkov tərəfindən tənqid edilib. Puşkov “Telegram” kanalında Fransanı “azadlıq iddiasında olan insanlara dözməyən liberal diktatura” adlandırıb.

Qeyd edək ki, “X” qeydində Makron ittihamları rədd edib. Onun sözlərinə görə, Durovun həbsi siyasi qərar deyil. “Fransa söz və ünsiyyət azadlığına, innovasiyalara və sahibkarlıq ruhuna sadiqdir”, - o yazıb.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
reyting.az

10Mənbələr