Türkiyə yığmasının üzvü Bertuğ Yıldırım ''Renn''dən ayrıldı.
Danimarkalı forvard Henrik Meysterin transferindən sonra fransızlar artıq bu oyunçuya ehtiyac duymadılar. 22 yaşlı futbolçu ''Xetafe'' ilə qısa müddət ərzində ilkin anlaşma əldə edərək İspaniyaya yollandı. ''Le Parisien'' nəşrinin məlumatına görə Madrid təmsilçisi Bertuğa görə 5 milyon avroya yaxın məbləğ ödəyəcək. Dünən bu keçid rəsmən başa çatdı.
Xatırladaq ki, Türkiyə yığmasının AÇ-2024-də iştirak edən heyətində yer alan Bertuğ Yıldırım bir müddət öncə çempionşip təmsilçisi ''Norviç''ə keçmək üzrə idi. Forvard hətta İngiltərəyə də yollanmışdı. Amma klublar arasında son anda ödəmə şərtləri ilə bağlı anlaşma əldə olunmayınca transfer baş tutmamışdı. ''Xetafe''də son illərdə Türkiyə yığmasının daha bir üzvü Enes Ünal çıxış edirdi.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta